Dünya
Mask Hindistanda "Starlink"in qarşısını kimlərin aldığını açıqladı
Amerikalı sahibkar İlon Mask Hindistanda "Starlink" peyk internet sisteminin fəaliyyətə başlamasına maneə yaradıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, Mask sosial şəbəkədə paylaşımında bəzi hindistanlı oliqarxları "Starlink"in ölkə bazarına girişini əngəlləməkdə ittiham edib.
“Bəzi oliqarxlar Hindistan xalqı üzərində boğucu nəzarətlərini qorumaq üçün bizi bloklayırlar. Onların kim olduğunu təxmin etmək olar... Bu, Hindistan xalqına qarşı cinayətdir!” - deyə Mask bildirib.
Hindistanın Rabitə Nazirliyi isə sahibkarın bu iddialarını əsassız adlandırıb.
Xatırladaq ki, "SpaceX" 2021-ci ildən Hindistanın telekommunikasiya bazarına daxil olmağa çalışır. Mask Hindistanın baş naziri Narendra Modi ilə şəxsən görüşsə də, "Starlink"in ölkədə fəaliyyətə başlaması müxtəlif səbəblərdən təxirə salınıb. Hindistan hakimiyyəti yüksək tənzimləyici tələbləri və təhlükəsizlik məsələlərini əsas gətirir.
Hindistan mediası Maskın sözlərini ölkənin telekommunikasiya sektoruna nəzarət edən milyarderlər Mukeş Ambani və Sunil Bharti Mittalla əlaqələndirib. Ambaninin “Reliance Jio” şirkəti də aşağıorbitli peyk sistemi layihəsini inkişaf etdirir.
Qeyd edək ki, Hindistanın telekommunikasiya bazarının həcmi təxminən 40 milyard dollar qiymətləndirilir ki, bu da "Starlink"in ölkəyə daxil olmaq uğrunda mübarizəsini daha da əhəmiyyətli edir.
Müəllif: Adəm
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?




















.png)


















