Ukrayna ordusu strateji qəsəbəni itirdi: mühasirə daralır
Bizi izləyin

Dünya

Ukrayna ordusu strateji qəsəbəni itirdi: mühasirə daralır

Rusiya qoşunları və separatçılar Artemovsk-Debaltsevo yolunda yerləşən Loqvinovo qəsəbəsini yenidən ələ keçirib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “Donbas” batalyonunun komandiri, xalq deputatı Semyon Semençenko yazıb.

“Loqvinovo yenindən rus qoşunlarının əlindədir. Ukrayna ordusu və Milli Qvardiyanın hissələri terrorçuların əks-zərbəsi nəticəsində qəsəbəni tərk etməyə məcbur olub”, - Semençenko bildirib.

“Donbas” komandirinin sözlərinə görə, son döyüşlərdə 50-dən çox terrorçu və zirehli texnikanın bir neçə vahidi məhv edilib, 17 nəfər isə əsir götürülüb. Semyon Semençenko əraziyə Rusiya qoşunlarının əlavə hissələrinin cəlb olunduğunu qeyd edib.

Xatırladaq ki, Loqvinovo qəsəbəsi dünən Ukrayna ordusunun əlinə keçmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm