“Putin Krımın Ukraynaya aid olduğunu qəbul etdi”
Bizi izləyin

Dünya

“Putin Krımın Ukraynaya aid olduğunu qəbul etdi”

“Rusiya Prezidenti Vladimir Putin Minsk razılaşmasını imzalamaqla Krımın Ukrayna torpağı olduğunu təsdiqlədi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsık çıxış edib. O, Minsk razılaşmasında Krımla bağlı maddənin yer almamasına münasibət bildirib:

“Putin Minsk razılaşmasını imzalamaqla Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini təsdiqlədi. Deməli, Krımın Ukrayna torpağı olduğunu da təsdiqləyib”.

Qeyd edək ki, ötən gün Minskdə Ukrayna problemi ilə bağlı “Normand dördlüyü” 14 saatlıq görüş nəticəsində razılaşma əldə edib. Razılaşmada fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəsin tətbiq olunacağı, ağır silahların geri çəkiləcəyi və təhlükəsizlik zonasının yaradılacağı nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm