Lari ucuzlaşdı, istehlak malları bahalaşdı
Bizi izləyin

Dünya

Lari ucuzlaşdı, istehlak malları bahalaşdı

Gürcüstanın milli valyutası – lari son günlər bir qədər də ucuzlaşıb.

Gürcüstan Milli Bankının məzənnəsinə görə, fevralın 13-də 1 dollar 2,0247 lariyə dəyişdirilib. Lakin qara bazarda larinin dollara nisbəti daha böyükdür. Fevralın 14-də lari bir qədər də ucuzlaşacaq.

Milli Bankın məzənnəsinə görə, fevralın 14-də 1 dollar 2,0306 lari müəyyən olunub. 1 avro 2,3173 lari, 1 ingilis funt sterlinqi 3,1245 lari təşkil edəcək.

Xarici valyutalar içərisində Azərbaycan manatı mövqeyini daha da möhkəmləndirib. Bu gün 1 manat - 2,5948 lariyə dəyişdirilib. Fevralın 14-də isə 1 manat 2,6023 lari təşkil edəcək.

Larinin ucuzlaşması ölkədə bəzi istehlak mallarının qiymətinin artmasına səbəb olub. Qiymət artımı ən çox dərman preparatlarının, tütün məmulatlarının və spirtli içkilərin satışında qeydə alınıb.

Analitiklərin fikrinə görə, lari bir az da ucuzlaşacaq və istehlak mallarının qiyməti bahalaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm