ABŞ Konqresi Ukraynaya hərbi yardımla bağlı yeni qanun layihəsi hazırlayıb
Bizi izləyin

Dünya

ABŞ Konqresi Ukraynaya hərbi yardımla bağlı yeni qanun layihəsi hazırlayıb

ABŞ Konqresində Ukraynaya hərbi yardım göstərilməsini, həmçinin silah çatdırılmasını nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb.

Sənədin həmmüəllifləri nümayəndələr palatasının silahlı qüvvələr üzrə iş komitəsinin sədri Mek Tornberri və konqresmen Adam Smitdir.

Onlar Kiyevə həm silah və texnikanın verilməsinin, həm də təlim proqramlarının təşkilinin də daxil olduğu hərbi yardım göstərilməsini təklif edirlər. Bu yardımın xərcləri 1 milyard dollar məbləğində nəzərdə tutulur.

Keçən il də ABŞ Konqresində “Ukraynada azadlığa dəstək qanunu” hazırlanmışdı. O, əsasən Rusiyaya qarşı yeni, miqyaslı sanksiyaların tətbiqini və Kiyevə silah verilməsini ehtiva edirdi. Dekabrın ortalarında həmin sənədi imzalayan Barak Obama Ağ ev administrasiyasının hələ ki, bu səlahiyyətdən istifadə etmək fikrində olmadığını bildirmişdi.

Bu yaxınlarda senatın silahlı qüvvələr üzrə komitəsinin başçısı Con Makkeyn senatorlar qrupu ilə birgə daha bir qəliz qanun layihəsi hazırlamaq barədə niyyətlərini açıqlayıb. Onlar fevralın əvvəlində keçirdikləri mətbuat konfransında ABŞ-ın Ukraynaya silah çatdırılmasına dərhal başlamasının vacib olduğunu qeyd ediblər.

Demokratlar və respublikaçılar sırasından olan amerikalı qanunvericilər Ukraynanın bəzi növ silahlara, o cümlədən tank əleyhinə raketlərə, pilotsuz uçan aparatlara, radio-elektron mübarizə vasitələrinə və zirehli avtomobillərə ehtiyacı olduğunu bildirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm