Davudoğlu: "PKK döyüşçüləri Türkiyə ərazisini tərk etməlidirlər"
Bizi izləyin

Dünya

Davudoğlu: "PKK döyüşçüləri Türkiyə ərazisini tərk etməlidirlər"

PKK döyüşçülərinin hamısı Türkiyə ərazisini tərk etməlidirlər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə kürd probleminin demokratik yolla həllini öz prioritetlərindən biri etdi: "Lakin elə ölkənin daxilində və onun hüdudlarından kənarda bu problemin həllini istəməyən qüvvələr var".

Baş nazir qeyd edib ki, Ankara kürd probleminin demokratrik yolla həllinə əngəl törədə biləcək təxribatlara imkan verməyəcək.

Qeyd edək ki, kürd probleminin demokratik yolla həllinə PKK döyüşçülərinin Türkiyə ərazisindən çıxması prosesi də daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm