Putin tarixi rekorda nail oldu
Bizi izləyin

Dünya

Putin tarixi rekorda nail oldu

Rusiya İctimai Araşdırma Mərkəzinin keçirdiyi sorğu nəticəsində tarixi rekord məlum olub.

Axar.az xəbər verir ki, ölkənin 204 regionunda 3 min nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 85 faizi Prezident Vladimir Putinə güvəndiyini deyib. İştirakçıların 74 faizi isə seçkilərdə Putini dəstəkləyəcək. Rusiyada digər siyasətçilərin reytinqində isə elə də dəyişiklik yoxdur. Sorğu iştirakçılarının 5 faizi sağçı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident olması üçün səs verəcəyini açıqlayıb.

Kommunist Partiyasının lideri Genadi Züqanov isə 4 faiz səs toplaya bilib. Milyarder iş adamı Mixail Proxorov yalnız səs verənlərin 1 faizinin etimadını qazanıb.

Sorğunun nəticələri açıqlanarkən mərkəzin sədri Dmitri Badovski insanların Putinə rəğbət göstərməsinin səbəbi kimi xarici siyasətdə baş verən dəyişiklikləri əsas gətirib. Onun sözlərinə görə, Ukrayna böhranında Rusiyanın söz sahibi olması və diplomatik uğur putinsevənlərin sayını daha da artırıb. Bundan başqa mərkəzin sədri Putinə dəstəyin artmasında ən əhəmiyyətli faktorlardan biri kimi mövcud iqtisadi böhrandan ölkəni çıxaracaq və yenidən sabitliyi təmin edəcək yeganə insan olaraq görülməsini əsas gətirib.

Xatırladaq ki, ötən ilin fevralında Putinə etibar edənlər 75 faiz, yenidən ona səs verənlərin sayı isə 45 faizə çatırdı. Putinə səs verəcəyini açıqlayanların nisbəti 2008-ci ildə 60 faiz ilə ən yüksək səviyyəyə çatmışdı.

Rusiya liderinə güvənməyənlərin sayı isə hələ də 7 faizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm