İsrailin baş qərargah rəisindən ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

İsrailin baş qərargah rəisindən ŞOK AÇIQLAMA

İsrailin baş qərargah rəisi Benni Qrantz ölkəsinin gələcəkdə Livan sərhədindəki düşmənləri ilə yenidən müharibəyə başlayacağını bəyan edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə B.Gantz “Kanal 2” telekanalına müsahibəsində bildirib.

Baş qərargah rəisi İsrailin ötən il Qəzzada fələstinlilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda 2 mindən çox dinc sakinin öldürülməsini “uğur” adlandırıb: “İsrailin şimal sərhədində yer alan düşmən qüvvələrlə yeni bir müharibənin başlanması qaçılmazdır”.

Baş qərargah rəisi vəzifəsini fevralın 15-də Gadi Eizenkota təhvil verəcəyini söyləyən B.Grantz İsrail ordusunun hizbullahçı və fələstinli dəstələrə qarşı hər an hazır olduqlarını bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm