27 saat müqavimətdən sonra intihar etdi - VİDEO
Bizi izləyin

Dünya

27 saat müqavimətdən sonra intihar etdi - VİDEO

Türkiyənin Bingöl vilayətində 28 yaşındakı dostu Yakup Poladı ov tüfəngi ilə öldürərək binanın damına çıxan 30 yaşlı Mehmed Əli Seçkin yalnız 27 saat müqavimət göstərə bilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Seçkin intihar edib.

Mehmed Əli Seçkin bundan əvvəl isə onu təslim olmağa çağıran üç polisi də yaralayıb. Onun dostunu öldürməsinin səbəbi ilə isə hələ məlum deyil. Pnevmatik tüfənglə dostunu öldürəndən sonra binanın damına çıxan Seçkin ətrafa atəş etməyə başlayıb.

Hadisə yerinə aralarında snayperlər da olduğu çoxlu sayda polis cəlb edilib. “Aşağı düşmürəm, mən adam vurdum, mənim üçün hər şey bitdi” deyən cinayətkar təslim olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm