Nazarbayev növbədənkənar prezident seçkilərinə gedə bilər
Bizi izləyin

Dünya

Nazarbayev növbədənkənar prezident seçkilərinə gedə bilər

Qazaxıstan Xalqlar Məclisinin sədr müavini Anatoli Başmakov yaxın vaxtlarda ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə “Vlast” jurnalına müsahibəsində bildirib.

“Bunun üçün bizim arqumentlərimiz var. Birincisi, iki seçki kampaniyası - prezident və parlament seçkiləri 2016-cı ildə keçiriləcək. Bu, hüquq uyğunsuzluğudur. İkincisi, ekspertlərin qiymətlərdirmələrinə görə, 2016-cı ildə dünya maliyyə böhranı pik səviyyədə olacaq”, - Başmakov qeyd edib.

Qazaxıstan Xalqlar Məclisi 20 il əvvəl ölkə prezidenti yanında yaradılmış məsləhətçi orqandır. Qurumun qanunverici təşəbbüs hüquqları yoxdur. Bununla belə, sessiyalarda səsləndirilən təkliflər qanun layihələri üçün əsas ola bilər.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 20 ildən çoxdur ki, dövlətlə rəhbərlik edir. O, 2011-ci ildə keçirilən son seçkilərdə 95 faizdən çox səs toplayıb. Qazaxıstan prezidenti qeyri-məhdud sayda seçilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm