Şok xəbərdarlıq: “Bu, birinci və ikinci dünya müharibələri öncəsini xatırladır”
Bizi izləyin

Dünya

Şok xəbərdarlıq: “Bu, birinci və ikinci dünya müharibələri öncəsini xatırladır”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qvatemalada ABŞ-da 3 müsəlman gəncin öldürülməsini şərh edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir ABŞ-ın Şimali Karolina ştatında 3 müsəlman gəncin öldürülməsinin əslində Qərbdə artan irqçilik və islam əleyhdarlığının göstəricisi olduğunu deyib.

Mövlud Çavuşoğlu sözügedən prosesin heç də yaxşı sonluğa doğru getmədiyini ifadə edib.

“Yəni, bizləri gözləyən çox böyük problemlər var. Hazırda baş verənlər bizə birinci və ikinci dünya müharibələri öncəsi vəziyyəti xatırladır. Bu müharibələrin yenidən baş verməməsi üçün üçün xeyli təşkilat yaratdıq, əmək sərf etdik. Amma təəssüf ki, bütün əməyimiz boşa xərclənir”, - türkiyəli nazir xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm