Xamneyi Obamaya gizli məktub yollayıb
Bizi izləyin

Dünya

Xamneyi Obamaya gizli məktub yollayıb

İranın ali dini lideri Əli Xameneyi ABŞ prezidenti Barak Obamaya gizli məktub yazıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti yazıb.

Məktubun Barak Obamanın keçən ilin oktyabr ayında dini liderə göndərdiyi məktuba cavab olaraq yazıldığı bildirilir. ABŞ nəşrinin yazdığına görə, bir iranlı diplomat Xameneyinin ötən həftələrdə Obamaya nüvə müzakirələri ilə bağlı bir məktub göndərdiyini açıqlayıb.

Qeyd edək ki, Obamanın dini liderə göndərdiyi məktubda İŞİD-ə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq təklif edilirdi. İranlı diplomat Xameneyinin Obamaya yazdığı məktubun təfərrütlarından danışmayıb.

ABŞ nəşrinin yazdığına görə, İranın dini lideri 2009-cu ildə də Obamaya məktub göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm