Yapon kişilər Valentin Gününə qarşı
Bizi izləyin

Dünya

Yapon kişilər Valentin Gününə qarşı

Yaponiya paytaxtı Tokioda bir qrup kişi Müqəddəs Valentin Gününün qadağan edilməsi tələbi ilə aksiya keçirib.

"Qadınları Cəlb Etməyən Kişilərin İnqilabi Alyansı" üzvləri deyirlər ki, Valentin Günü "şokoladvermə" bayramına çevrilib. Qrupun sədri Makoto Vatanabe deyib ki, o və 10-dan çox digər nümayişçi fevralın 14-də bahalı hədiyyələrin verilməsinə qarşıdırlar.

Yaponiyada Valentin Günündə adətən qadınlar kişilərə hədiyyələr verir. Kişilər isə hədiyyələri bir ay sonra bağışlayır.

Vatanabe deyir ki, bu gündən ancaq yaponiyalı şirniyyat şirkətləri fayda görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm