Avtobus qatarla toqquşdu: 20 ölü, 30 yaralı
Bizi izləyin

Dünya

Avtobus qatarla toqquşdu: 20 ölü, 30 yaralı

Meksikanın Nuevo-Leon ştatının Anauk şəhərində avtobusla qatar toqquşub.

Publika.az-ın məlumatına görə, qəza nəticəsində ən azı 20 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Ölənlərdən 2 nəfərinin azyaşlı olduğu bildirilir. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

Qəzanın sərnişinlərlə dolu avtobusun dəmir yolu xəttinin üzərindən keçən an baş verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm