• USD 1,7000 0,00% EUR 2,0142 +0,76%
    • GBP 2,2029 +0,28% RUB 0,0227 +0,44%

Sovet ordusunun Əfqanıstandan çıxmasının 26-cı ildönümü qeyd olunub

Sovet ordusunun Əfqanıstandan çıxmasının 26-cı ildönümü qeyd olunub

Rusiyada sovet ordusunun Əfqanıstandan çıxmasının 26-cı ildönümü qeyd olunur. Tədbir bir neçə şəhərdə - Moskva, Sankt-Peterburq, Penza, Saxalin, Barnaul, Permdə təşkil olunub.

Sovet ordusu Əfqanıstana 1979-cu ildə girib. 9 il ərzində 600 min sovet əsgəri orada döyüşüb, 15 mindən çox sovet əsgəri, müxtəlif məlumatlara görə 2 milyon əfqan ölüb. Təxminən 200 sovet əsgəri barədə məlumat yoxdur, onlar itkin hesab olunur.

1988-ci ildə Cenevrədə əldə olunan konfliktin həllinə dair razılaşmadan sonra SSRİ Əfqanıstandan ordusunu çıxarmağa başlayıb. Sovet hərbi qulluqçularından ibarət sonuncu kolon sərhədi 1989-cu il fevralın 15-də keçib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR