Dünya
Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
Romada Rusiyanın kriminal aləminin lideri Şakro Molodoyun qadağasına baxmayaraq, səkkiz kriminal avtoritetə “qanuni oğru” titulu verilməsi onun qəzəbinə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Prime Kraym” informasiya agentliyi məlumat yayıb.
Agentliyin keçmiş redaktoru Viktoriya Gefterin sözlərinə görə, mərasim 2013-cü ildə Şakro Molodoyun İrəvanda keçirilən toplantıda qoyduğu qadağanı pozub. Bu qadağa hətta kriminal liderin həbsdə olduğu dövrdə də illərlə qüvvədə qalıb.
Məlumata görə, Romadakı mərasimdən iki gün sonra Zaxari Kalaşov Moskvada “qanuni oğruları” toplayaraq baş verənlərə kəskin etirazını bildirib. Onun yaxın çevrəsindən olan mənbə qeyd edib ki, Kalaşov nə mərasimə razılıq verib, nə də hazırlıq barədə məlumatlandırılıb. O, baş verənləri şəxsi təhqir kimi qəbul edib.
Agentliyin məlumatında bildirilir ki, yeni titullar alan şəxslərin namizədliyi də kriminal aləmin bəzi nümayəndələri arasında birmənalı qarşılanmayıb. Onları irəli sürən şəxslərin özlərinin də “qanuni oğru” statusu hamı tərəfindən tanınmır.
“Prime Kraym” agentliyinin redaktoru Lili Xarinin fikrincə, Şakro Molodoyun hadisədən xəbərsiz olduğunu nümayiş etdirməsi hüquq-mühafizə orqanlarının suallarından yayınmasına imkan verə bilər.
Qeyd edək ki, Romadakı mərasimi Suxumi kriminal klanının tərəfdarları təşkil ediblər. Bu klanın liderləri kimi kriminal aləmdə Taro ləqəbi ilə tanınan Tariel Oniani və Merab Canqveladze göstərilir.
Müəllif: Adəm
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq

































