Danimarkada terrorçu məhv edilib
Bizi izləyin

Dünya

Danimarkada terrorçu məhv edilib

Danimarkanın paytaxtı Kopenhagendə terror aktları törətməkdə şübhəli bilinən cinayətkarların aşkar edilməsi üzrə təxminən 15 saat davam edən xüsusi əməliyyat başa çatıb.

Publika.az-ın məlumatına görə, “Krudtenden” kafesinə və Kristalqade küçəsindəki sinaqoqa silahlı hücum edən cinayətkar Norrebro vağzalı yaxınlığında məhv edilib. Polis əməkdaşı Torben Melqor Yensen mətbuat konfransında bu fərziyyənin təhlükəsizlik kamerası ilə çəkilmiş kadrlara əsaslandığını, ancaq hələ əlavə sübutların tələb olunduğunu söyləyib.

Xatırladaq ki, fevralın 14-də Kopenhagen polisi əvvəlcə “Krudtenden” kafesində “İncəsənət, küfr və söz azadlığı” mövzusunda müzakirələr zamanı atışma baş verdiyini elan edib. Sonra şəhərin sinaqoqlarından birində atışma olub. Nəticədə iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Cinayətkarların tutulması üçün Kopenhagen səmasına polis helikopterləri qaldırılıb, şəhərin mərkəzinə xüsusi təyinatlı dəstələr cəlb edilib. Sakinlərə zərurət olmadığı təqdirdə küçəyə çıxmamaları məsləhət görülüb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm