Dünya
NASA astronavtları qalmaqala səbəb olub: Kosmosa görün nə aparıblar
1965-ci ildə amerikalı astronavt Con Yanqın kosmosa gizli şəkildə sendviç aparması ABŞ Konqresində qalmaqala səbəb olub. Hadisədən sonra NASA astronavtların gəmiyə götürə biləcəyi əşyalar və qidalarla bağlı qaydaları sərtləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "UNIAN" NASA-nın tarixi materiallarına istinadən məlumat yayıb.
1965-ci il martın 23-də Con Yanq və Qas Qrissom “Gemini-3” kosmik gəmisi ilə orbitə yollanıblar. Uçuş zamanı Yanq skafandrında gizlətdiyi sendviçi çıxararaq Qrissoma təklif edib.
Lakin çovdar çörəyinin qırıntıları çəkisizlik şəraitində kabinəyə yayılmağa başlayıb. Bu, kosmik gəminin avadanlıqları üçün potensial təhlükə yaradırdı.
Hadisə 1966-cı ildə ABŞ Konqresində NASA-nın büdcəsi ilə bağlı dinləmələrdə müzakirə olunub. Astronavtların icazəsiz qida götürməsi tənqid edilib.
İnsidentdən sonra “Gemini-4” missiyasından başlayaraq ekipaj üzvlərindən gəmiyə apardıqları əşyaların siyahısını təqdim etmək tələb olunub. Sendviçlərin, eləcə də ağır və metal əşyaların aparılmasına məhdudiyyətlər qoyulub.
Maraqlıdır ki, 1981-ci ildə ilk kosmik şatl uçuşu olan STS-1 missiyasının menyusuna da duzlanmış mal əti ilə sendviç daxil edilib. Həmin uçuşun komandiri Con Yanq olub.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi



















.jpg)
















