Anti-Sarkisyan üçlüyü Azadlıq Meydanına çıxır
Bizi izləyin

Dünya

Anti-Sarkisyan üçlüyü Azadlıq Meydanına çıxır

Dünən İrəvanda “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “İrs” Partiyasının sədri Raffi Ovannisyan arasında görüş keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə fevralın 20-də İrəvanın Azadlıq Meydanında ümumxalq mitinqinin keçirilməsi barədə qərar qəbul edilib.

Müxalifət üçlüyünün tezliklə ümumxalq etiraz aksiyalarına start veriləcəyi barədə mesajı fevralın 13-də adıçəkilən liderlərin görüşündə verilmişdi.

Xatırladaq ki, fevralın 12-də iqtidardakı Respublika Partiyasının iclasında prezident Serj Sarkisyan Qaqik Sarukyanın bir siyasətçi kimi ölkə üçün şər qüvvə olduğunu bildirib. O həmçinin Sarukyanı Təhlükəsizlik Şurasının üzvlüyündən azad edəcəyinə söz verib. Sarukyan isə prezidentə cavabını meydanlarda verəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm