Leninə yeni kostyum alacaqlar
Bizi izləyin

Dünya

Leninə yeni kostyum alacaqlar

Keçmiş SSRİ-nin qurucusu Vladimir Leninin Moskva mavzoleyindəki cəsədinə yeni kostyum geyindiriləcək.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidmətinin mətbuat katibi Viktoriya Boqomolova bildirib.

Paltarın dəyişdirilməsi, həmçinin digər prosedurların keçirilməsi üçün mavzoley bu gündən 16 aprel tarixinə kimi bağlanacaq. Leninin paltarını Ümumrusiya İnstitutunun biokimyaçı mütəxəssisi dəyişəcək. Leninin paltarı bir neçə ildən bir dəyişdirilir.

Qeyd edək ki, Leninin bədəni onun öldüyü gündə - 21 yanvar 1924-cü ildə mumiyalanıb. Müasir elmin nailiyyətləri nəticəsində cəsədi bu halda uzun müddət saxlamaq mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm