Bu ölkədə Eboladan ölənlərin sayı 5000-i keçdi
Bizi izləyin

Dünya

Bu ölkədə Eboladan ölənlərin sayı 5000-i keçdi

Bu ölkədə Eboladan ölənlərin sayı 5000-i keçdi

Konqo Demokratik Respublikasında (KDR) hazırkı epidemiya zamanı Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb.

Publika.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat verib.

Bildirilib ki, Ebola virusuna yoluxanların sayı 10 351-ə çatıb. Ölüm göstəricisi 48,6 faiz təşkil edir.

Ebola epidemiyası mayın 15-də Uqanda və KDR-də başlayıb və Afrikada bütün müşahidə tarixində ölüm sayına görə ikinci ən böyük epidemiya olub. Konqo Demokratik Respublikasının səkkiz əyalətində virusa yoluxanlar və ölənlər aşkarlanıb.

Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib. Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə ilk Ebola virusuna yoluxma halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində ilk Ebola virusuna yoluxma halının aşkarlandığını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm