Seçilsə, ən seksual prezident olacaq - FOTO
Bizi izləyin

Dünya

Seçilsə, ən seksual prezident olacaq - FOTO

Polşa prezidentliyinə namizəd Maqdalena Oqorek siyasi platformasından daha çox gözəlliyi ilə diqqəti cəlb edir.

Publika.az-ın məlumatına görə, sol qüvvələrin namizədi kimi prezident seçkilərinə qatılacaq Maqdalena ölkə mediası tərəfindən “ən seksual” namizəd adlandırılıb.

Ekspertlər is' sarışın xanımın seçkilərdə şansının az olduğunu güman edirlər. Onlar hesab edirlər ki, Maqdalenaya gözəllikdən və seksuallıqdan daha çox lazım olan siyasi təcrübə çatışmır.

Maqdalena Oqorek bildirib ki, Demokratik Solçu Alyansı Polşanın Rusiya mediasında davamlı şəkildə “1 saylı düşmən kimi təqdim olunmasına” imkan verməyəcək.

Onun sözlərinə görə, Polşanın sağ-mərkəzçi hökumətində kommunizm erasından qalma disidentlər çoxdur və məhz onlar Avropada Putini Ukrayna böhranına görə sərt şəkildə ittiham edirlər.

“Biz də Rusiyanı Ukraynada etdiklərinə görə tənqid edirik. Ancaq biz istəyirik ki, Varşava ilə Moskva arasında əlaqələr olsun. Mən Vladimir Putindən gələn mesajlara cavab verməkdən çəkinməyəcəm, ona zəng də edəcəm. Rusiya bizim qonşumuz olub və bu belədə qalacaq”, - Oqorek əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm