Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları: ABŞ-ı təmsil edəcək şəxslər bəlli oldu
Bizi izləyin

Dünya

Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları: ABŞ-ı təmsil edəcək şəxslər bəlli oldu

Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları: ABŞ-ı təmsil edəcək şəxslər bəlli oldu

Stiv Uitkoff və Cared Kuşner 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında ABŞ-ı təmsil edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Uitkoff daha əvvəl Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqların aparıldığını elan etmişdi.

ABŞ prezidentinin nümayəndəsi sosial mediada bildirib:

"Amerika Birləşmiş Ştatları 10-11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi səviyyəli danışıqlarda vasitəçilik edəcək və Prezident Trampın müharibəyə son qoymaq missiyasını irəli aparacaq".

O qeyd edib ki, danışıqlar müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması, humanitar səylər və sülhə doğru növbəti addımlara yönələcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovla görüşdə Moskvanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm