Həbsxanada İmamoğlu ilə Sarıgül arasında dava: “Hamınız fırıldaqçısınız!”
Bizi izləyin

Dünya

Həbsxanada İmamoğlu ilə Sarıgül arasında dava: “Hamınız fırıldaqçısınız!”

Həbsxanada İmamoğlu ilə Sarıgül arasında dava: “Hamınız fırıldaqçısınız!”

Türkiyədə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu ilə Emir Sarıgül arasında həbsxanada kəskin mübahisə yaşandığı iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Mərmərə qapalı cəzaçəkmə müəssisəsində saxlanılan Emir Sarıgül vəkili ilə görüşü zamanı İmamoğlu ilə qarşılaşıb. İddialara əsasən, İmamoğlu ona “Özgür Özəli satmısınız!” deyə qışqırıb.

Sarıgül isə “Danışma, ay fırıldaqçı! Hamınız fırıldaqçısınız!” cavabını verib. Tərəflər arasında qarşılıqlı söz atışmasının yaşandığı bildirilir.

Qeyd edək ki, Emir Sarıgül daha əvvəl ifadəsində atası Mustafa Sarıgülün Yeni Partiyanın yaradılması zamanı Özgür Özələ müxtəlif məqsədlərlə ümumilikdə 500 min dollar və ya avro məbləğində pul verdiyini iddia etmişdi.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm