Dünya
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Suriya rəhbərliyi İsrailin mümkün genişmiqyaslı hərbi əməliyyatına qarşı siyasi, hərbi və iqtisadi strukturlarını yenidən qurmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası Dəməşqdəki suriyalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, İsrail Dəməşq-Humus-Quneytra-Dəra xətti boyunca hücumlarını genişləndirərək hava dəstəkli quru əməliyyatına hazırlaşır.
Suriya hökumət rəsmisinin sözlərinə görə, ən azı üç nazirliyin Hələbə, Müdafiə Nazirliyinin isə Həmaya köçürülməsi istiqamətində işlər aparılır. Mərkəzi Bank, neft, kənd təsərrüfatı, su və iqtisadiyyat sahələrinə aid strateji qurumların da İdlib, Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrinə yerləşdirilməsi planlaşdırılır.
Dəməşq rəhbərliyi bu addımlarla İsrailin mümkün hərbi müdaxiləsi zamanı dövlət institutlarının fəaliyyətini qorumağı hədəfləyir. Hazırda hava hücumundan müdafiə sisteminə malik olmayan Suriya birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışır.
Suriyanın yeni strategiyasında Türkiyə amilinin də mühüm rol oynadığı bildirilir. Strateji qurumların Türkiyə sərhədinə yaxın Həma, Hələb, Həsəkə, Deyr əz-Zor, İdlib və Rəqqa bölgələrinə köçürülməsi nəzərdə tutulur. Bu addımla həm mümkün hərbi hücumlar zamanı manevr imkanlarının artırılması, həm də Türkiyənin kəşfiyyat, quru və hava imkanlarından yararlanmaq hədəflənir.
İsrailə qarşı nəzərdə tutulan digər addım isə Məkkə İttifaqına qoşulmaqdır. Məlumata görə, Ankara ilə Dəməşq arasında bu məsələ ilə bağlı təmaslar son dövrdə xeyli intensivləşib.
Müəllif: Roza
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi












.webp)
















.jpg)


