Miçiqanda "demokrat xəyanəti" - Kilsədə görüşdülər, Trampdan reaksiya gəldi
Bizi izləyin

Dünya

Miçiqanda "demokrat xəyanəti" - Kilsədə görüşdülər, Trampdan reaksiya gəldi

Miçiqanda "demokrat xəyanəti" - Kilsədə görüşdülər, Trampdan reaksiya gəldi

ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində siyasi rəqabətin qızışdığı Miçiqan ştatında gözlənilməz hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Demokrat Partiyasının Nümayəndələr Palatasının üzvü Haley Stevens Senat seçkilərində Respublikaçı namizəd Mayk Roqersə dəstək verdiyini açıqlayıb.

Senat namizədliyi uğrunda mübarizədə Abdül Əl-Sayedə məğlub olan Stevens bazar günü Roqerslə birlikdə kilsədə keçirilən ayində iştirak edib. O, daha sonra “X” sosial şəbəkəsində paylaşdığı videoda Əl-Sayedin seçki kampaniyasında ona yer olmadığını bildirib.

Stevens jurnalistlərə açıqlamasında Əl-Sayedin onu kampaniyada görmək istəmədiyini və dəstəyinə ehtiyac duymadığını söyləyib.

ABŞ prezidenti Donald Tramp isə Stevensin bu addımını alqışlayıb. O, siyasətçinin Miçiqan sakinlərinə böyük sədaqət nümayiş etdirdiyini bildirib. Tramp, həmçinin Demokratların Konqresin hər iki palatasını və 2028-ci ildə prezidentliyi qazanmasının ABŞ üçün ciddi təhlükə yarada biləcəyini iddia edib.

Qeyd edək ki, Miçiqan seçkilərin taleyini müəyyən edə biləcək əsas ştatlardan hesab olunur. Sorğularda hazırda Abdül Əl-Sayed öndədir. Misir əsilli demokrat İsrailin Qəzzaya hücumlarını soyqırımı adlandırır, İsrailə ayrılan vəsaitlərin ABŞ-da səhiyyə, mənzil və infrastruktur layihələrinə yönəldilməsini müdafiə edir. Donald Tramp isə daha əvvəl Əl-Sayedi “terrorçu tərəfdarı” və “cihadçı” adlandıraraq onun müsəlman kimliyini hədəfə alan açıqlamalar verib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm