Keçmiş nazir saxlanıldı: Azyaşlıya qarşı cinsi zorakılıq - FOTO
Bizi izləyin

Dünya

Keçmiş nazir saxlanıldı: Azyaşlıya qarşı cinsi zorakılıq - FOTO

Keçmiş nazir saxlanıldı: Azyaşlıya qarşı cinsi zorakılıq - FOTO

Maldiv Respublikasının keçmiş xarici işlər naziri Abdulla Şahid azyaşlıya qarşı cinsi zorakılıqda ittiham olunaraq saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli “The Edition” qəzeti polisə istinadən məlumat yayıb.

Polis Şahidi Hulhumale adasındakı iqamətgahında saxlayıb. Həbsindən bir neçə dəqiqə əvvəl sabiq nazir “X” sosial şəbəkəsində ona qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını bildirib.

Saxlanıldıqdan sonra əvvəlcə polis bölməsinə aparılan Şahid daha sonra qonşu adadakı istintaq təcridxanasına köçürülüb. Polis işin təfərrüatlarını açıqlamasa da, araşdırmanın davam etdiyini təsdiqləyib.

Şahid əsassız şayiələrin yayılmamasına çağırıb. O, məsələ ilə bağlı əlavə açıqlama verməyib. Müdafiə tərəfinin mövqeyi barədə isə məlumat yoxdur.

Qeyd edək ki, Abdulla Şahid 2007-2008 və 2018-2023-cü illərdə Maldivin xarici işlər naziri vəzifəsində çalışıb. 2021-2022-ci illərdə BMT Baş Assambleyasının sədri olub. O, həmçinin parlamentin spikeri və Maldiv Demokratik Partiyasının sədri vəzifələrini tutub.

Son dövrlər Şahid 2028-ci ildə keçiriləcək prezident seçkilərində partiyasının namizədi olmaq uğrunda mübarizə aparırdı. Onun saxlanılmasının siyasi planlarına necə təsir edəcəyi hələlik məlum deyil.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm