Ukraynadakı sülhməramlılara bunu etməyə icazə veriləcək
Bizi izləyin

Dünya

Ukraynadakı sülhməramlılara bunu etməyə icazə veriləcək

Ukraynadakı sülhməramlılara bunu etməyə icazə veriləcək

Ukraynada mümkün sülhməramlı missiyada iştirak edəcək Avropa hərbçiləri Rusiya qüvvələrinin hücumlarına cavab olaraq silahdan istifadə edə biləcəklər.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi çoxmillətli qüvvələr müdafiə xarakterli fəaliyyət göstərəcək. Onlar Rusiya pilotsuz uçuş aparatlarının hücumlarına qarşı da cavab vermək hüququna malik olacaqlar.

Qeyd olunur ki, Avropa kontingenti ABŞ-ın hərbi texnologiyalarından, o cümlədən “Starlink” peyk rabitə sistemindən asılı olmayacaq və NATO-nun tərkibində fəaliyyət göstərməyəcək.

Gələcək missiyanın hazırlıqları çərçivəsində noyabrın sonunda Polşada 11 ölkənin iştirakı ilə hərbi təlimlər keçiriləcək. Təlimlərə 2800 hərbçinin cəlb olunması planlaşdırılır.

Mümkün missiyanın əsas məqsədlərindən biri müharibədən sonra Ukrayna Silahlı Qüvvələrinin bərpasına və gücləndirilməsinə kömək etməkdir. Lakin Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsi hələlik müzakirə mərhələsindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm