Dünya
Dostluğumuza zərbə vurulur - İlay Aksoy
Türkiyəli siyasətçi və ictimai fəal İlay Aksoy Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici siyasətini, xüsusilə Azərbaycan, Suriya və Şimali Kiprlə münasibətlərdə nümayiş etdirdiyi yanaşmanı tənqid edib.
Publika.az xəbər verir ki, şəxsi “Youtube” kanalında çıxış edən Aksoyun sözlərinə görə, illər ərzində AKP tərəfindən yol verilən diplomatik nəzakətsizliklər Azərbaycanla münasibətlərdə narazılıqları artırıb.
O, Türkiyənin yanaşmasını tənqid edərək bildirib ki, Suriyaya müstəqil və suveren dövlət kimi deyil, sanki Türkiyənin 82-ci vilayəti kimi davranılması ciddi nəticələrə səbəb olub. Aksoy, həmçinin Suriyada keçirilən mətbuat konfransında Hakan Fidanın çıxışının yarımçıq kəsilməsinə onun adekvat reaksiya vermədiyini, lakin Azərbaycanla bağlı yaşanan son fikir ayrılıqlarında sərt reaksiyalar göstərildiyini qeyd edib.
Çıxışda Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlər də diqqətə çatdırılıb. Şərhçi yunan tərəfinin Türkiyəyə qarşı apardığı kampaniyaları, İsrailin bölgədəki planlarını nəzərə alaraq Ankaranın daha prinsipial mövqe sərgiləməli olduğunu deyib:
“Şimali Kipr Türk Respublikasına gəlincə, yunan tərəfi hər fürsətdə Türkiyəni işğalçı adlandırır, əleyhimizə inanılmaz dərəcədə təhrikedici kampaniyalar aparır, sanki nifrətlə böyüyən nəsillər yetişdirməyə çalışır. Üstəlik, İsrail tərəfindən əvvəlcə Cənubi Kiprin, daha sonra isə Şimali Kiprin ələ keçirilməsini və işğalını nəzərdə tutan layihə də açıq şəkildə ortadadır.
Bütün bunlara baxmayaraq, Fidanın israrla onlara qarşı mövqe nümayiş etdirməməsi, danışıqları dayandırmaması, eləcə də bu qədər kritik bir dövrdə, bu il 20 iyul tədbirlərində prezident Ərdoğanın şəxsən iştirak etməyərək, onun əvəzinə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı göndərməsi və xarici işlər naziri Fidanın da həmin tədbirə qatılmaması çox ciddi bir çatışmazlıqdır. Ərdoğanın özünün burada iştirakı Yunanıstana, İsrailə və Avropa İttifaqına qarşı açıq bir meydan oxuma olardı”.
Aksoy Türkiyənin güclü dövlət olduğunu, qonşularla möhkəm dostluq münasibətlərinin bu gücü daha da artıracağını vurğulayıb.
Siyasətçi kimliyinin açıqlanmasını istəməyən Azərbaycan vətəndaşı tərəfindən ona ünvanlanan məktubu da diqqətə çatdırıb. Onun sözlərinə görə, məktubda Azərbaycan və Türkiyə arasında fikir ayrılaqlarına səbəb olan son illərdə baş verən hadisələr qeyd olunub. Aksoy bildirib ki, bir Azərbaycan vətəndaşının belə bir məktub yazmaq ehtiyacı hiss etməsi iki ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqların göstəricisidir.
"Ankaranın davranışı, müttəfiqi üçün həssas olan məsələlərə etinasız yanaşması ilə səciyyələnir. "Bir millət, iki dövlət" konsepsiyası hər iki tərəfin üzərinə öhdəliklər qoyur. Lakin qardaşlıq münasibətləri tərəflərdən heç birinə diplomatik normaları pozmaq, yaxud bu birliyin digər üzvünün dövlət rəmzlərinə və tarixinə qarşı hörmətsizlik etmək hüququ vermir. Bu böhran artıq 2024-cü ildə başlayıb. Rəcəb Tayyib Ərdoğan həmin il Şuşada keçirilən sammitdə iştirak əvəzinə, futbol matçına baxmaq üçün Niderlanda getdi. Futbolun, yoxsa "qardaşlar" sammitinin daha etibarlı seçim olduğu barədə isə heç kim şərh vermədi. Həmin vaxt Azərbaycanda da buna heç bir reaksiya verilmədi. Ankara uzun müddətdir davam edən ənənəni pozan ilk tərəf oldu. Diplomatik protokoldakı dəyişikliklər Türkiyə tərəfinin addımları ilə başladı", - məktubda qeyd olunub.

Aksoyun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması üçün daha yetkin, dövlətçilik prinsiplərinə əsaslanan xarici siyasət yürüdülməli, dostluğa xələl gətirən addımların və açıqlamaların qarşısı alınmalıdır.
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır












.jpg)
.jpg)
.jpg)















.jpg)


