Liviya neft hasilatını dayandıra bilər
Bizi izləyin

Dünya

Liviya neft hasilatını dayandıra bilər

Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) hərbi münaqişə səbəbindən özünün bütün yataqlarında neft hasilatını dayandıra bilər.

Neft yataqlarına silahlı basqınlar kimi insidentlər kompaniyanın texniki işçilərinin həyatına təhlükə yaradır. “Biz əməkdaşların təhlükəsizliyinin təminatında çətinlik çəkirik. Neft yataqlarında onları hücumlardan qorumaq üçün mühafizənin sayı yetəri qədər deyil” – kompaniyanın yaydığı məlumatda bildirilir.

Milli Neft Korporasiyası, həmçinin Müdafiə Nazirliyini yataqları hücumlardan qorumaq üçün müvafiq tədbirlər görməyə çağırıb və bu cür insidentlərin təkrarlanacağı təqdirdə bütün neft yataqlarında əməliyyatları dayandıracağını elan edib.

OPEC-in üzvü olan Liviya Afrikada ən iri neft yataqlarına sahibdir. Ölkədə münaqişə başlanmazdan əvvəl, 2011-ci ilin fevral ayında sutkalıq neft hasilatı 1,6 milyon barrelə çatırdı. 2014-cü ildə hasilat sutkada 430 min barreldən bir qədər çox olduğu halda, 2015-ci ilin yanvar ayında azalaraq sutkada 350 min barrelə qədər enib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm