Azərbaycanı itirmək Türk dünyasını itirməkdir - Cihat Yaycı
Bizi izləyin

Dünya

Azərbaycanı itirmək Türk dünyasını itirməkdir - Cihat Yaycı

Azərbaycanı itirmək Türk dünyasını itirməkdir - Cihat Yaycı

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin pozulması Türk Dövlətləri Təşkilatının (TDT) dağılmasına və Türkiyənin Türk dünyasındakı təsirinin azalmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu türkiyəli kontr-admiral, hərbi ekspert Cihat Yaycı "GZT News”a müsahibəsində bildirib.

O qeyd edib ki, bu proses nəticəsində Türkiyənin Orta Asiyada təsir imkanları məhdudlaşdırıla və Türkiyə yeni regional birliklərdən kənarda saxlanıla bilər.

Ekspert Azərbaycanın Şimali Kipr Türk Respublikasına verdiyi dəstəyi də xatırladaraq bildirib ki, Bakı bu respublikanı açıq şəkildə dəstəkləyən ölkələrdəndir. Onun sözlərinə görə, Bakıda Şimali Kipr Türk Respublikasının bayrağı qaldırılaraq, bu ölkəyə həsr olunmuş "Mədəniyyət Günü" tədbirinin keçirilməsi Azərbaycanın dəstəyinin bariz nümunəsidir.

Çıxışında Fələstin prezidenti Mahmud Abbasın 29 oktyabr 2026-cı ildə Türkiyə Cümhuriyyətinin 103-cü ildönümündə Cənubi Kipr Rum Administrasiyasına səfərinə də toxunan Yaycı bunu Türkiyəyə ünvanlanmış siyasi mesaj kimi qiymətləndirib.

O, İsrailin müttəfiqi olan Cənubi Kipr Rum Administrasiyasının Şimali Kipr Türk Respublikasını tanımadığını vurğulayaraq, Mahmud Abbasın bu səfərini tənqid edib. Ekspert bildirib ki, Fələstinin dövlət kimi tanınmasını tələb edən tərəflər Şimali Kipr Türk Cümhuriyyətinin də oxşar vəziyyətini nəzərə almalıdırlar.

Sonda o, Fələstin prezidentinin Cənubi Kiprə səfərinə etiraz edilmədiyi halda, Azərbaycana qarşı nümayiş edilən reaksiyaları sual altına alıb. Yaycı hesab edir ki, Türkiyəni işğalçı kimi təqdim edən mövqelərə və Şimali Kipr Türk Respublikasını yox sayan addımlara etiraz edilməli olduğu halda, reaksiyanın Azərbaycana yönəldilməsi ciddi suallar doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm