Xəstə olsalar da, işdən qalmırlar - SƏBƏB
Bizi izləyin

Dünya

Xəstə olsalar da, işdən qalmırlar - SƏBƏB

“Prace.cz” internet-portalı maraqlı sorğu keçirib.

Məlum olub ki, Çexiya vətəndaşlarının 74 faizi hətta xəstələnəndə və bülleten götürməyə hər cür əsası olanda belə işdən qalmır. Onlar nə üçün xəstə vəziyyətdə işə getdiklərini belə izah ediblər: 39 faizi deyir ki, xəstəlik kağızına görə aldıqları pul dolanışığa çatmır. Qanuna görə, xəstələnən adam ilk üç günə görə ümumiyyətlə pul almır, qalan günlərdə isə onun məvacibinin 60 faizi ödənilir.

Bülleten götürmək istəməyənlərin 28 faizini işdə əvəz edəcək adam yoxdur, 7 faizi isə işə götürən adamın xəstələnmiş işçisiz də ötüşə biləcəyini nəzəri cəhətdən başa düşəcəyindən və gələcəkdə onu işdən çıxaracağından ehtiyat edir. Çexlərin yalnız 11 faizi bülleten götürür. Respondentlərin 8 faizi xəstə olduqları günlər məzuniyyət götürməyə üstünlük verir, çünki məzuniyyət normal əməkhaqqı kimi ödənilir. Qalan 7 faizi isə “vəziyyətə görə” hərəkət edir, yəni, növbə ilə yuxarıda sadaladığımız variantlardan istifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm