NATO qoşunları Rusiyaya hücum edəcək? - ŞOK İDDİA
Bizi izləyin

Dünya

NATO qoşunları Rusiyaya hücum edəcək? - ŞOK İDDİA

NATO qoşunları Rusiyaya hücum edəcək? - ŞOK İDDİA

NATO-nun yeni müdafiə planı Rusiyanın dərinliklərinə zərbələr endirilməsini nəzərdə tutur.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

“NATO-nun hazırda Kremlin adi silahlı qüvvələrini çəkindirməsi üçün daha fəal qabaqlayıcı tədbirlər, yaxud hərbi terminlə desək, bloklama tələb olunur. Bu, təkcə sərhədi keçə biləcək qoşunların atəşə tutulmasını deyil, həm də Rusiya ərazisində, cəbhə xəttinin arxasında yerləşən hərbi bazalara, təchizat anbarlarına və sənaye obyektlərinə zərbələr endirilməsini nəzərdə tutur”, – nəşr yazıb.

Nəşr xatırladıb ki, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı Aleksus Qrinkeviç oktyabrın 12-də Rusiya üzərində qələbəyə dair öz “qələbə nəzəriyyəsini” təqdim edib. Bu nəzəriyyə məhz Rusiya qüvvələrini “dəstəkləyən, təmin edən və ya idarə edən” hər şeyə zərbələr endirilməsini nəzərdə tutur.

Nüvə silahından istifadəyə qədər eskalasiya strategiyaya daxil deyil. Planın əsas elementi isə uzaqmənzilli yüksək dəqiqlikli silahlardır. Norveç Müdafiə Araşdırmaları İnstitutunun analitiki Fabian Hoffmann bildirib ki, Avropada 20 istehsalçının iştirakı ilə ucuz qanadlı raketlərin hazırlanmasına dair ən azı 48 yeni layihə elan edilib. Bununla belə, həmin layihələrin bir qismi heç vaxt həyata keçirilməyəcək, digərlərinin reallaşdırılması isə bir neçə il tələb edəcək.

“Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə, biz, şübhəsiz ki, onun müdafiə-sənaye bazasına zərbə endirmək istəyəcəyik. Uzaq məsafələrə nöqtəvi zərbələri çəkindirmə vasitəsi kimi nəzərdən keçirməliyik”, – deyə polşalı general-mayor İreneuş Novak bildirib.

Oktyabrda Qrinkeviç NATO-nun Avropadakı qüvvələrinin hər bir komandanının Rusiya üzərində qələbəyə dair öz “qələbə nəzəriyyəsi” olduğunu, buna görə də belə bir nəzəriyyənin hazırlanmasının “adi təcrübə” sayıldığını bəyan edib. Həmin vaxt o, NATO-nun Rusiya üzərində üstünlüklərindən də danışıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm