600 milyon dollarlıq miras qalmaqalı: Paris Cekson atasının fonduna görə savaş açdı
Bizi izləyin

Dünya

600 milyon dollarlıq miras qalmaqalı: Paris Cekson atasının fonduna görə savaş açdı

600 milyon dollarlıq miras qalmaqalı: Paris Cekson atasının fonduna görə savaş açdı

Məşhur müğənni Maykl Ceksonun qızı Paris Cekson atasının mirasından ailə fonduna 600 milyon dollar köçürülməsi üçün məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı Paris mirasın idarəçisi Con Brankanı vərəsələrin paylarının ödənilməsini gecikdirməkdə ittiham edib. O bildirib ki, Maykl Ceksonun 2009-cu ildə ölümündən sonra 2,5 milyard dollardan çox gəlir əldə edilib.

Paris buna baxmayaraq ailə fondlarının hələ də tam maliyyələşdirilmədiyini iddia edib. Mirasın idarəçiləri isə ittihamları rədd edərək, Parisə və digər vərəsələrə indiyədək ümumilikdə 200 milyon dollardan çox vəsait ödənildiyini açıqlayıblar.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm