Dünya
Seçkidə məğlubiyyət Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcək? - Rusiyadan reaksiya
ABŞ-da keçirilən ara seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin davam edəcəyini və hətta sərtləşəcəyini gözləmək olar.
Publika.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev özünün “Telegram” kanalında bildirib.
Senatorun sözlərinə görə, respublikaçıların xarici siyasətdəki məğlubiyyətinə pul qoyan hər kəsi "sürpriz gözləyir". Bu, ilk növbədə Ukrayna və Avropa rəhbərliyi deməkdir.
"Onları daha çevik və təmkinli Trampı deyil, artıq seçkilərə baxmayan daha qətiyyətli Tramp gözləyir", - senator yazıb.
O qeyd edib ki, Konqresin əhəmiyyətinə baxmayaraq, ABŞ prezidentinin ölkənin xarici siyasətindəki rolu çox vacibdir və Tramp bunu hamıdan yaxşı bilir.
Kosaçev əlavə edib ki, bu fonda Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi ehtimalı azdır və hətta sərtləşə bilər, çünki Tramp 18-19 noyabr tarixlərində Çində keçiriləcək Rusiya, ABŞ və Çinin üçtərəfli sammitində proaktiv mövqeyinin nəticələrini nümayiş etdirməkdə maraqlı olacaq.
“The New York Times” qəzetinin məlumatına görə, Demokratlar Senatda ən azı 51 yer qazanaraq lazımi səs çoxluğuna nail olublar.
Müəllif: Tural
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək




































.jpg)
