Dünya
Baş verənlər “Çernobıl” faciəsini xatırladacaq... - Nobel laureatından 2027-ci illə bağlı qorxunc xəbərdarlıq
Süni intellektin nəzarətsiz inkişafı yaxın gələcəkdə elektrik təchizatında genişmiqyaslı fasilələrə, maliyyə sistemində böhrana və kütləvi işsizliyə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Nobel mükafatı laureatı, kompüter alimi Ceffri Hinton “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Alimin fikrincə, belə böhranlar bu ilin sonlarında və ya 2027-ci ildə baş verə bilər. O, mümkün fəsadları “Çernobıl” faciəsi ilə müqayisə edib və süni intellektin gəlir bərabərsizliyini daha da dərinləşdirəcəyini vurğulayıb.
“Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi”, – deyə Hinton bildirib.
O, süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl müstəqil qurumlar tərəfindən yoxlanılmasını, eləcə də beynəlxalq əməkdaşlıq və məcburi təhlükəsizlik qaydalarının tətbiqini zəruri hesab edir.
Qeyd edək ki, Hinton daha öncə süni intellekt üzərində nəzarəti tamamilə itirməzdən əvvəl zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün cəmi bir il vaxt qaldığını açıqlamışdı.
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa4 Noyabr 13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi








.jpg)


.png)























