Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
Bizi izləyin

Dünya

Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər

Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər

Paraqvayın paytaxtı Asunsyonun mərkəzində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Publika.az xəbər verir ki, yerli “ABC Color” qəzetinin məlumatına görə, iğtişaşlar böyük bir rəqəmsal bankın təcili bağlanması ilə başlayıb.

"Prezident administrasiyası korrupsiyaya qarşı mübarizəni qəsdən zəiflədib. Məmurlar bankı dövlət vəsaitləri ilə doldurmaq üçün qanunlar qəbul ediblər. Onlar problemlərin erkən xəbərdarlıqlarını qulaqardına vurublar", - nəşr bildirib. Mərkəzi Bank böyük bir rəqəmsal bankı bağlayıb. Onun xidmətlərindən təxminən 3 milyon insan istifadə edirdi ki, bu da Paraqvay əhalisinin təxminən 50%-ni təşkil edir. Əmanətçilər - tələbələr və təqaüdçülər hesablarına, maaşlarına və əmanətlərinə çıxışı itiriblər.

Dövlət pensiya fondlarındakı təxminən 380 milyon dollar maliyyə qurumunda dondurulmuş vəziyyətdə qalıb. Vətəndaşlar vəsaitlərin geri qaytarılmasını tələb etmək üçün şəhər mərkəzində toplaşıblar.

Etirazçılar həmçinin prezidentin istefasını tələb ediblər.

Latın Amerikasında rəqəmsal banklar sürətlə inkişaf edir. Onlar ənənəvi bank hesabları olmayan əhaliyə rahat xidmətlər təklif edirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm