Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
Bizi izləyin

Dünya

Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama

Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama

ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev prezident Donald Trampla bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Ağ Ev Trampın siyasi sonunun gəldiyini iddia edənlərin dəfələrlə yanıldığını vurğulayıb. Açıqlamaya əsasən, Demokratların Trampın prezidentliyinin son iki ilində həyata keçirdiyi siyasəti və nailiyyətlərini geri çevirmək cəhdləri uğursuzluqla nəticələnəcək.

Ağ Ev Trampın siyasi rəqiblərinin onu vəzifəsindən kənarlaşdırmaq, siyasətini dəyişdirmək və administrasiyasının nailiyyətlərini aradan qaldırmaq cəhdlərinin nəticəsiz qalacağını bəyan edib.

“Prezident Tramp mübarizəni heç vaxt dayandırmayacaq”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm