Pakistanda məsciddə qətliam – VİDEO
Bizi izləyin

Dünya

Pakistanda məsciddə qətliam – VİDEO

Pakistanda 4 gün əvvəl şiə məscidinə edilən silahlı hücumun görüntüləri yayılıb. Hadisə mobil telefonla lentə alınıb.

Publika.az xəbər verir ki, iriçaplı silahlardan istifadə edən silahlılar ibadət edənləri intensiv atəşə tutublar.

Sonda məscidə 2 dəfə qumbaraatanla atəş açılıb və qanlı hadisə nəticəsində 22 nəfər dünyasını dəyişib, 60-dan çoxu isə yaralanıb.

Qeyd edək ki, Pişəvər şəhərində baş verən hadisə 4 gün əvvəl baş verib. Partlayışlar və silahlı hücum məscidə insanların axşam namazına toplaşdığı vaxt olub. Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm