Dünya
Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
Noyabrın 4-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə 1,5 saat davam edən telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, söhbət Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə bir həftədən az müddətdə keçirilməsi planlaşdırılan üçtərəfli görüşə hazırlıq məsələlərinə həsr olunub. Kiyev artıq təkliflərini Vaşinqtona təqdim edib.
Zelenski danışıqların mümkün qədər intensiv aparılmasının və müharibənin tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, xüsusilə “Patriot” kompleksləri üçün raket əleyhinə tutuculara ehtiyac duyduğunu bildirib.
Ukrayna lideri ABŞ-la ikitərəfli əməkdaşlığın, o cümlədən “Drone Deals” formatının davam etdirilməsinin vacibliyini də qeyd edib.
Zelenski, həmçinin Brüsseldə Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş barədə məlumat verib. Avropa İttifaqı, Fransa, Böyük Britaniya, Almaniya, NATO, Dünya Bankı və qlobal biznes dairələrinin nümayəndələrinin qatıldığı toplantıda müharibədən sonrakı bərpa məsələləri müzakirə olunub. Növbəti gün Brüsseldə təhlükəsizlik təminatları ilə bağlı görüşün keçirilməsi planlaşdırılır.
Cared Kuşner isə “X” sosial şəbəkəsində paylaşım edərək bütün tərəflərlə davamlı sülhə aparan yolun tapılması istiqamətində işlədiklərini bildirib.
Onun sözlərinə görə, məqsəd yalnız müharibəni başa çatdırmaq deyil, həm də hərbi əməliyyatlar dayandırıldıqdan sonra yenidən başlamamasına zəmanət verəcək geniş təhlükəsizlik arxitekturası yaratmaqdır.
Kuşner Zelenski və onun komandasının konstruktiv mövqeyini, eləcə də irəliyə doğru yol tapmaq öhdəliyini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…














.jpg)






.jpg)












