Dünya
Ərdoğan Putinlə görüşmək istəyir: Ukrayna məsələsində yeni addım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli ilə bağlı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ərdoğan "CNN Türk" telekanalına açıqlamasında bildirib.
Türkiyə lideri qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Rusiya tərəfinin mövqeyini də müzakirə etmək üçün Putinlə də danışıqlar aparmaq istəyirlər.
“Cənab Zelenski ilə görüşümüzdən sonra Rusiya tərəfinin məsələyə baxışını öyrənmək üçün cənab Putinlə də danışıq aparmaq istəyirik”, - Ərdoğan vurğulayıb.
O bildirib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün əlindən gələni edir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenski Ərdoğandan onun Putinlə Türkiyədə görüşünü təşkil etməyi xahiş etmişdi. Ukrayna prezidenti Ankaranın münaqişədə tərəf tutmadan praktik və real vasitəçi kimi çıxış edə biləcəyini bildirmişdi.
Müəllif: Adəm
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video













.jpg)











.jpg)






.jpg)


