Dünya
İsrail prezidentindən Netanyahuya: Yəhudi millətçiliyi adı altında zorakılıq baş verir
İsrail prezidenti İsaak Hersoq ölkənin yüksək vəzifəli şəxslərinə, o cümlədən Baş nazir Benyamin Netanyahuya məktub göndərərək işğal altındakı İordan çayının qərb sahilində artan zorakılığın vətəndaş müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.
Bildirilib ki, Hersoq müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və baş prokuror Qali Baharav-Miaraya da məktublar ünvanlayıb.
İsrail prezidenti Fələstin torpaqlarını zəbt edən israillilərin zorakılığının və millətçi terrorizmin artmasından narahatlığını ifadə edib. O, əsgərlərin vətəndaş müharibəsinə gətirib çıxara biləcək ciddi etik və əməliyyat dilemması ilə üzləşdiyini vurğulayıb.
Hersoq yəhudi millətçiliyi adı altında törədilən zorakılığı “mənəvi rüsvayçılıq və İsrailin üzərində qara ləkə” adlandırıb. O, bu halları birbaşa mütəşəkkil cinayətkarlıq fəaliyyəti kimi qiymətləndirərək, belə qanunsuzluqlara son qoyulmasını tələb edib.
Hersoqun sözlərinə görə, zorakılığın qarşısı alınmasa, ölkə fəlakət və vətəndaş müharibəsi ilə üzləşə bilər.
Müəllif: Roza
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
















.jpg)







.jpg)












