Dünya
Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
Kanadada meşəlik ərazidə ayı hücumuna məruz qalmış şəxslərə xas xəsarətləri olan qadının və onun 20 yaşlı qızının cəsədləri tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Ailənin itkin düşməsi qohumlarının sosial şəbəkələrdə paylaşım etməsindən sonra məlum olub. Daha sonra qadınların avtomobili yürüş marşrutunun yaxınlığında aşkarlanıb. Onların yaxınlıqda yaşadıqları bildirilir.
Mütəxəssislər əvvəlcə ananın, daha sonra isə qızının cəsədini aşkar ediblər. İlkin ehtimala görə, onlara bir ayı hücum edib. Lakin mütəxəssislər hücumda birdən çox yırtıcının iştirak etməsi ehtimalını da istisna etmirlər.
Hadisədən sonra aidiyyəti qurumların nümayəndələri narahat olan sakinləri hücumun baş verdiyi əraziyə gəlməməyə çağırıblar.
Məlumata görə, mərhum ana yeni həyata başlamaq məqsədilə bu yaxınlarda həmin əraziyə köçüb. Onun üç yetkin övladı və bir nəvəsi sağ qalıb.
Nəşrin məlumatına görə, qadınların öldüyü ərazi ənənəvi olaraq “Böyük Ayı Yağış Meşəsi” adlandırılır. Bunun səbəbi həmin ərazidə yırtıcılar üçün bol qida mənbələrinin olmasıdır. Burada insanlara hücumları nadir hallarda baş verir.
Hüseyn İbadlı
-
MDB21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?


















.jpg)















.jpg)