Suyun altında dava düşdü - VİDEO
Bizi izləyin

Dünya

Suyun altında dava düşdü - VİDEO

Suyun altında dava düşdü - VİDEO

Maldiv adalarında sualtı dalğıclar arasında təxminən 15 metr dərinlikdə dava düşüb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Dalğıc təlimatçısı Syao Du-nun sözlərinə görə, ona üç dalğıc yaxınlaşıb və onlardan biri onu itələyib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Syao Du dalğıcları onu suyun altında nəfəs almaq imkanından məhrum etməyə cəhddə ittiham edib. İlkin məlumata görə, münaqişə iştirakçılarından biri onun tənəffüs aparatının requlyatorunu tutmağa cəhd göstərib.

Münaqişənin səbəbləri açıqlanmır.

Hazırda Maldiv Milli Su Nəqliyyatı Assosiasiyası hadisə ilə maraqlanmağa başlayıb. Assosiasiya polisə və ölkənin Turizm Nazirliyinə baş verənlərin təfərrüatlarını araşdırmaq çağırışı edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm