Onlarla delfin sahilə çıxdı
Bizi izləyin

Dünya

Onlarla delfin sahilə çıxdı

Onlarla delfin sahilə çıxdı

Yeni Zelandiyanın Nqavi yaşayış məntəqəsi yaxınlığında sahilə kütləvi şəkildə çıxan, qara delfinlər kimi də tanınan bütün qrinlər tələf olub.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq ekoloji təşkilat Project Jonah özünün “Facebook” səhifəsində məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, bir gün əvvəl sahilin bir neçə kilometrlik hissəsində 40-50 heyvan aşkar edilib. Onların bir çoxu aşkarlanmadan əvvəl tələf olub, qalanları isə gün ərzində ölüb.

Təşkilatın məlumatına görə, xilasetmə əməliyyatını güclü dalğalar, boş çınqıllı sahil, qabarma-çəkilmə zonasında yerləşən iti qayalar, eləcə də ərazinin yaşayış məntəqəsindən uzaqda olması çətinləşdirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm