ABŞ-da Heqset müəmması davam edir: Görün yerinə kim namizəddir
Bizi izləyin

Dünya

ABŞ-da Heqset müəmması davam edir: Görün yerinə kim namizəddir

ABŞ-da Heqset müəmması davam edir: Görün yerinə kim namizəddir

ABŞ prezidenti Donald Trampın müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etməyi nəzərdən keçirdiyi iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, İran müharibəsinin artan xərcləri, ABŞ-ın döyüş sursatı ehtiyatlarının azalması və Pentaqonun büdcə problemləri Heqsetə qarşı narazılığı artırıb. Respublikaçıların 2026-cı il aralıq seçkilərində Konqresin hər iki palatasında nəzarəti itirməsindən sonra nazirin gələcəyi ilə bağlı müzakirələr daha da intensivləşib.

Vitse-prezident Ceyms Devid Vens seçki məğlubiyyətinin səbəblərindən biri kimi İran müharibəsini göstərib. Respublikaçı senator Tom Tillis isə Heqsetlə Konqres arasındakı gərginliyin Pentaqonun 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələbini çətin vəziyyətə saldığını bildirib.

Tramp ictimaiyyət qarşısında Heqsetə dəstək nümayiş etdirərək onun işini yüksək qiymətləndirsə də, administrasiyadakı mənbələr mümkün vəzifə dəyişikliyinin müzakirə olunduğunu iddia edirlər.

Bildirilir ki, Tramp yaxın çevrəsi ilə görüşlərində mümkün namizədlərin adlarını nəzərdən keçirir. Onların arasında Florida qubernatoru Ron DeSantis də var.

Digər tərəfdən, Demokratlar yeni siyasi dövrdə Pentaqonun müharibəni idarə etməsi və hərbi əməliyyatları ilə bağlı araşdırmalara başlamağa hazırlaşırlar.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm