Rus jurnalistdən Putinə gözlənilməz zərbə - VİDEO
Bizi izləyin

Dünya

Rus jurnalistdən Putinə gözlənilməz zərbə - VİDEO

Rusiyanın İTAR-TASS dövlət xəbər agentliyinin fotomüxbiri Roman Saponkov separatçıları və Moskvanı çətin vəziyyətə salacaq görüntüləri yayımlayıb.

Publika.az xəbər verir ki, görüntülər Donbas hövzəsində atəşkəs rejimi barədə razılaşmanın qüvvəyə minməsindən sonra lentə alınıb.

Görüntülərə görə, Rusiya artilleriyası Debaltsevoda ukraynalılara atəş açır. Bu isə separatçıların atəşkəs rejiminə riayət etdikləri barədə rəsmi Moskvanın iddialarını alt-üst edir.

Rusiyanın jurnalistlər qrupu çəkilişlər üçün Debaltsevo yaxınlığındakı separatçıların artilleriyasının yerləşdiyi əraziyə gəlib. Separatçıların mövqelərində “Russia Today” telekanalının əməkdaşı da olub.

Qeyd edək ki, Donbas hövzəsində 15 fevral saat 00:00-dan atəşkəs rejimi qüvvəyə minsə də, Debaltsevo rayonu uğrunda döyüşlər davam edir. Tərəflər isə bir-birini atəşi pozmaqda ittiham edir. Bu gün isə ABŞ Dövlət Departament atəşkəsin pozulmasında Rusiyanı ittiham edib və hücumu dayandırmağa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm