Dünya
Zelenski hakimiyyətinə qarşı gizli təşkilat yaradıldı: “İsti mərhələ”yə keçirlər
Ukraynada Prezident Vladimir Zelenskinin hakimiyyətinə qarşı mübarizə aparmaq məqsədilə gizli təşkilat yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə özlərini təşkilatın üzvləri kimi təqdim edən şəxslər məlumat veriblər.
“Mixail Stselnikovun Yüzlüyü” adlanan təşkilatın iştirakçıları hazırkı Ukrayna hakimiyyətinə qarşı çıxmağı planlaşdırdıqlarını bildiriblər.
Onların sözlərinə görə, təşkilatın üzvləri arasında Ukrayna hakimiyyətinin siyasətindən narazı olan vətəndaşlar var. İştirakçılar daha əvvəl mitinqlər, piketlər və petisiyalar vasitəsilə vəziyyətə təsir göstərməyə çalışdıqlarını, lakin bu üsulların nəticə vermədiyini iddia ediblər.
Təşkilat üzvləri bundan sonra qarşıdurmanın “isti mərhələsinə” keçməyin vaxtı çatdığını bəyan ediblər.
Qeyd edək ki, təşkilatın adını daşıdığı Mixail Stselnikov Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubini öldürməkdə ittiham olunur. O, Lvov şəhərində törədilən qətlin səbəbini Ukrayna hakimiyyətindən intiqam almaqla izah edib. Stselnikov məhkəmədə keçmiş prezident Petro Poroşenkonun da Parubinin yerində olsaydı, onu öldürəcəyini söyləyib.
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz










.webp)
























.jpg)
