Dünya
Fransada bahalaşmaya qarşı etirazlar böyüyür: 448 nəfər saxlanıldı
Fransada yaşayış xərclərinin artmasına və maaşların aşağı olmasına qarşı keçirilən etiraz aksiyalarında 448 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-dən etibarən bahalaşmaya qarşı etiraz edən fransızlar dünən kütləvi şəkildə küçələrə çıxıblar. Aksiyalar bu tarixdən bəri iştirakçı sayına görə ən böyük etiraz nümayişləri kimi qeydə alınıb.
Rəsmi məlumatlara əsasən, aksiyalarda təxminən 600 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının 1,6 milyona çatdığını açıqlayıb. Bildirilib ki, aksiyalar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Etirazçılar maaşların artırılmasını və dövlət xidmətlərinə ayrılan büdcədə ixtisarların dayandırılmasını tələb ediblər.
Müəllif: Roza
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz


























.jpg)







.jpg)
