NATO baş katibindən rus dilinə sərt eyham: Efirdə nə baş verdi?
Bizi izləyin

Dünya

NATO baş katibindən rus dilinə sərt eyham: Efirdə nə baş verdi?

NATO baş katibindən rus dilinə sərt eyham: Efirdə nə baş verdi?

NATO-nun baş katibi Mark Rütte Niderlandın “NPO 1” telekanalında yayımlanan “Pauw & De Wit” proqramının efirində qeyri-adi cavabı ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, aparıcı Mark Rüttedən rus dilini bilib-bilmədiyini soruşub. NATO-nun baş katibi isə suala adi qaydada cavab vermək əvəzinə, “Xeyr. Sağ olun!” deyib.

O, bu ifadədə niderland dilindəki “xeyr” sözü ilə rus dilindəki “sağ olun” ifadəsini birləşdirib. Onun bu cavabı proqramda gözlənilməz qarşılanıb.

Qeyd edək ki, Rütte bundan əvvəl Londonda keçirilən konfransda çıxış edib. O, britaniyalıların ana dillərini qorumaq və rus dilinə keçməmək üçün Rusiyaya qarşı müdafiə olunmalı olduqlarını bildirib.

NATO baş katibinin sözlərinə görə, belə müdafiədən imtina edilməsi Britaniya sakinlərinin rus dilində danışmağa başlaması ilə nəticələnə bilər.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm